...

Azərbaycanlı damaçı Üzeyir Abdullayev Ginnesin rekordlar kitabına düşə bilər

Cəmiyyət Materials 17 İyul 2006 15:07 (UTC +04:00)

Azərbaycanlı damaçı Üzeyir Abdullayevin Ginnesin rekordlar kitabına düşmək üçün gözəl şansları var.

Trend in xəbər verdiyi kimi, idmançı növbəti ölkə çempionatını qazanıb və belə yarışlardakı qələbələrinin sayını 35-ə çatdırıb. Bu rəqəm absolyut rekorddur. Belə ki, indiyədək heç bir damaçı 35 dəfə milli birinciliyin qalibi ola bilməyib. Bundan başqa o, beynəlxalq arenada da uğur qazanıb. Damaçı Bakıda keçirilmiş 64 xanalı dama üzrə dünya çempionu olub.

Respublika Şahmat Mərkəzində başa çatmış daxili yarışda Ü.Abdullayev ilk turlardan liderliyi əlinə alaraq çıxışını qəti qələbə ilə başa vurub.

Xəbər lenti

Xəbər lenti