...

Azərbaycanın voleybol yığmasının üzvləri məzuniyyətə gedib

Cəmiyyət Materials 18 İyul 2006 15:40 (UTC +04:00)

Azərbaycanın voleybol yığmasının üzvləri Yekaterinburqda keçirilmiş Boris Yeltsin Kubokunda çıxışından sonra qısamüddətli məzuniyyətə gedib.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, yaxın həftə ərzində oyunçular Honkoqda keçiriləcək Qran-Pri seçmə turnirinə hazırlıq ərəfəsində güclərini bərpa edəcək. "Bu mövsüm voleybolçuların çıxış qrafiki çox gərgindir. Buna görə də Yekaterinburqdan qayıtdıqdan sonra məşqçi qərargahı idmançılara kiçik istirahət verib. Ancaq gələn bazar ertəsindən başlayaraq onlar yenə də məşqlərə başlayacaq", - deyə Z.Gözəlbəyli vurğulayıb.

Xatırladaq ki, Yaponiyada keçiriləcək dünya çempionatı yığma üçün əsas yarış olacaq. Bu çempionatda komandamız Rusiya, Çin, Almaniya, Dominika Respublikası və Meksika ilə bir qrupa düşüb.

Xəbər lenti

Xəbər lenti