...

Piter Semnebi Azərbaycanın ədliyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 21 İyul 2006 17:45 (UTC +04:00)

İyulun 21-də Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı F.Məmmədov qonağa Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. P.Semnebi də öz növbəsində Avropa Birliyinin Azərbaycanla hərtərəfli əməkdaşlığa üstünlük verdiyini bildirib. O, Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üçün yardım göstərmək məsələsində Avropa Birliyinin hər zaman hazır olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti