...

Mehdi Səlimzadə: 9 minə yaxın bələdiyyə aktına baxılıb, onlardan 140-ı ləğv edilib

Cəmiyyət Materials 24 İyul 2006 14:54 (UTC +04:00)

Ədliyyə Nazirliyi son vaxtlar 9 minə yaxın bələdiyyə aktına baxıb və onlardan 140-nı ləğv edib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə məlumat verib.

Nazirliyin təklifləri əsasında daha bir neçə bələdiyyə aktının ləğvinə dair iddialar qaldırılıb. Bələdiyyə aktlarını vaxtında təqdim etməyən 44 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maliyyə çatışmazlığı yerli büdcələrə ödənilib, ciddi qanun pozuntuları barədə 7 bələdiyyənin fəaliyyəti ilə bağlı müvafiq sənədlər prokurorluq orqanlarına göndərilib" - deyə M.Səlimzadə qeyd edib.

M.Səlimzadənin sözlərinə görə, yerli özünüidarə müdafiə orqanlarına metodoloji yardımın göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin, demək olar ki, bütün regionlarını əhatə edən 20-dən çox zona seminarı keçirilib və hazırda da bu ənənə davam etdirilir. Hüquq Tədris Mərkəzində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ixtisasartırma kurslarına cəlb edilib.

Xəbər lenti

Xəbər lenti