...

ABŞ səfirliyi və USAİD magistr və tələbələri Azərbaycan ictimaiyyətinə təqdim etdilər

Cəmiyyət Materials 24 İyul 2006 18:29 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Beynəlxalq inkişaf agentilyi (USAİD) iyulun 24-də gənc azərbaycanlıları - ABŞ ali təhsil müəssisələrinin magistr və tələbələrini ölkə ictimaiyyətinə təqdim ediblər.

Bu münasibətlə səfirlik məzun və tələbələri Muğam Kluba toplayıb. Təşkilatçıların sözlərinə görə, proqramın həyata keçirildiyi 3 il ərzində 18 azərbaycanlı gənc oğlan və qız Birləşmiş Ştatların aparıcı universitetlərində magistr dərəcəsi alıblar.

ABŞ 2002-ci ildən etibarən Azərbaycan ali təhsil müəssisənin məzunlarının biznesin təşkili, idarəetmə, səhiyyə, şəhər tikintisi, kənd təsərrüfatı və s. sahələr üzrə ABŞ universitetlərində magistr dərəcəsi almasını dəstəkləyir. Bu proqramın məqsədi yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin formalaşmasında mühüm rol oynayacaq mütəxəssislərin hazırlanmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti