...

"Amsterdam-Pekin" avtomobil yarışı Azərbaycana çatıb

Cəmiyyət Materials 25 İyul 2006 15:01 (UTC +04:00)

Antikvar avtomobillərin iştirak etdiyi "Amsterdam-Pekin" avtomobil yarışı Azərbaycan sərhədlərinə çatıb.

Trend in xəbər verdiyi kimi, avtomobil yarışı Böyük İpək Yolu ərazisində yerləşən otuz ölkəni əhatə edir və Hollandiya və Pekin hökümət orqanlarının dəstəyi ilə keçirilir. Hollandiyanın Domskoy adlı yerindən start götürən yarış avqustun 13-də - avtomobillər Pekindəki Tyananmen meydanına çatdığı zaman başa çatacaq. Tədbirdə yüzdən artıq antikvar maşın iştirak edir və onlar bir ay ərzində 17,5 min kilometr məsafəni qət edəcəklər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda avtomobil yarışının iştirakçılarına Bakının bir neçə avtomobil həvəskarı qoşulub və onlar respublika sərhəddinə qədər bütün yol boyu "marafonçuları" müşayiət edəcəklər.

Xəbər lenti

Xəbər lenti