...

Vətəndaş polis idarəsində ürək çatışmazlığından vəfat edib

Cəmiyyət Materials 26 İyul 2006 16:08 (UTC +04:00)

İyulun 25-də Mingəçevir şəhər sakini, 1967-ci il təvəllüdlü Rasim Əlişov Mingəçevir Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında ürək çatışmazlığından dünyasını dəyişib. Bu barədə Trend ə Mingəçevir şəhər prokurorunun köməkçisi Səməd Yusubov məlumat verib.

"İyulun 25-də səhər saat 8 radələrində Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polisin qanuni tələblərinə tabe olmama) 5 gün inzibati qaydada həbs olunmuş Rasim Əlişov şəhər polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında ürək çatışmazlığından vəfat edib. Faktla əlaqədar Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır" - deyə S.Yusubov bildirib.

Xəbər lenti

Xəbər lenti