...

"Xəzər" futbol klubu braziliyalı yeni futbolçuların taleyini müəyyən edir

Cəmiyyət Materials 29 İyul 2006 14:20 (UTC +04:00)

"Xəzər" futbol klubu komandada baxışdan keçən braziliyalı yeni futbolçuların taleyini müəyyən edir.

Trend in xəbər verdiyi kimi, komanda 17 yaşlı Osman Siquero və Rodriqo Saensislə ilkin müqavilələr bağlayıb. Bu futbolçular UEFA tərəfindən müvafiq lisenziya almalıdır. "Xəzər"də 5 qat dünya çempionlarının ölkəsindən gəlmiş ən təcrübəli oyunçu forvard Rodriqo sayılır. Növbəti mövsümdə komandanın oyununun onun üzərində qurulacağı ehtimal olunur. Yeni futbolçuların perspektivləri barədə son sözü lənkəranlıların baş məşqçisi Ağasəlim Mircavadov deyəcək.

Xatırladaq ki, ötən ölkə çempionatının yekunlarına görə "Xəzər" 7-ci yeri tutub və birincilikdə qələbə uğrunda mübarizə aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti