...

Hakimliyə sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 31 İyul 2006 16:43 (UTC +04:00)

İyulun 31-də Azərbaycan məhkəmələrinə hakim seçilmək istəyənlər üçün sənəd qəbulu başa çatıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komisiyasının sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyev bildirib ki, hakim olmaq üçün imtahanlara qatılmaq arzusunda olan hüquqşünasların sayı 700 nəfərə yaxındır.

"Hazırda həmin şəxslər kurslara cəlb olunub. Paralel olaraq test imtahanının keçirilməsi ilə əlaqədar tədbirlər də həyata keçirilir. Yaxın vaxtlarda ilk imtahanın keçiriləcəyi tarix və ünvan elan ediləcək" - deyə İ.Nağıyev söyləyib.

Test imtahanı başa çatdıqdan bir müddət sonra namizədlər şifahi imtahanda iştirak edəcəklər.

Qeyd edək ki, ikinci dəfə hakimliyə sənəd qəbuluna zərurət ilkin sənəd qəbulundan sonra imtahanlarda iştirak etmiş namizədlərin böyük hissəsinin yüksək bal toplaya bilməməsi olub. Bununla əlaqədar olaraq Hakimlərin Seçki Komitəsi cari ilin aprel ayında təkrar sənəd qəbulu elan etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti