...

Hacı Məmmədovun Azər İsmaylovla bağlı açıqlama vermək üçün məhkəmənin qapalı keçirilməsi xahışi qəbul olunmayıb

Cəmiyyət Materials 8 Avqust 2006 14:54 (UTC +04:00)

Avqustun 8-də DİN Baş Cinayət İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda məhkəmə qarşısında dayanan Hacı Məmmədovun Azər İsmaylovla bağlı açıqlama vermək üçün məhkəmə iclasının qapalı keçirilməsi xahışi qəbul olunmayıb.

Trend xəbər verir ki, H. Məmmədov və onun bandasasının cinayət işi üzrə məhkəmə iclası Ağır Cinayətlərə Dair Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclası öz işinə başlıyarkən H. Məmmədov DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, 2000-ci ildə H. Məmmədov tərəfindən oğurlanaraq qətlə yetirilmiş Azər İsmayılov haqda açqlama vermək istədiyini bildirib. "Bu məlumat dövlətçilik baxımından olduqca vacibdir. Həm də geniş yayılması məsləhət olmayan bir məlumatdır. Ona görə də xahiş edirəm, məhkəmə iclasının bu verəcəyim məlumatla bağlı olan hissəsi qapalı keçirilsin. İclasda yalnız hakim , dövlət ittihamçısı və vəkilim iştirak etsin", - deyə H. Məmmədov bildirib.

Lakin hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, onun məhkəmədən etdiyi xahiş Cinayət Prosessual Məcəlləsinə ziddir. "Hətta məhkəmə iclası qapalı keçirilsə belə, zərərçəkənlərin həmin iclasda iştirakı, məcəlləyə görə, vacibdir", - deyə hakim qeyd edib. Bu səbəbdən də H. Məmmədov A. İsmaylovla bağlı məhkəməyə məlumat vermək fikrindən daşınıb.

Xəbər lenti

Xəbər lenti