Avqustun 8-də 2006-2007-ci tədris ili üçün respublikanın ali məktəblərinə II və I ixtisas qrupu abituriyentlərinin qəbul imtahanları keçirilib. Trend xəbər verir ki, həmin gün 32554 abituriyent Bakı şəhərində 53, Naxçıvan şəhərində isə 3 binada qəbul imtahanı verib.
Bakı və Sumqayıt orta məktəblərindən 2301 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 176 imtahan rəhbəri cəlb olunub.
Onu da bildirək ki, Azərbaycan bölməsi üzrə 29399, rus bölməsi üzrə isə 3155 abituriyent imtahan verib. Ayrılmış qəbul planında II qrupda Azərbaycan bölməsi üzrə 2826 , I ixtisas qrupunda isə 1703 yer göstərilib. Rus bölməsində isə bu rəqəm 468 (II qrup) və 141-dir (I qrup). Birgə müsabiqə aparılan ixtisaslar II qrupda 2277, I ixtisas qrupunda isə 45-dir. Verilən ərizələrin sayı isə Azərbaycan bölməsində 15207 (II qrup) və 14193 (I qrup), rus bölməsində isə müvafiq olaraq 2517 və 638-dir.