Avqustun 23-də İsveçin Stokholm şəhərinin "Sergelstorb" meydanında ermənilər tərəfindən Cəbrayıl, Füzuli və Qubadlının işğalının 13-cü ildönümü ilə bağlı aksiya planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Yolu Siyasi Hərəkatının İsveçdəki nümayəndəsi Yaşar Göytürk bildirib.
Y.Göytürk vurğulayıb ki, İsveçdə fəaliyyət göstərən azərbaycanlı diasporlar Dağlıq Qarabağ problemini dünyanın diqqətində saxlamaqdan ötrü bütün imkanlarını səfərbər ediblər: "1993-cü ilin avqustun 23-də ermənilər Cəbrayıl və Füzulini, avqustun 31-də isə Qubadlını işğal ediblər. Buna etiraz olaraq İsveç parlamentinin önündə də aksiya planlaşdırmışıq". Y.Göytürk onu da qeyd edib ki, əgər bu aksiyalara icazə verilməsə, onda ermənilərin işğalçı siyasətinə etiraz olaraq dəyirmi masalar keçiriləcək.
Y.Göytürk onu da bildirib ki, Güney Azərbaycanda aparılan milli azadlıq hərəkatı fəallarının azadlığa buraxılması istiqamətində də İsveçrədə mitinqlər planlaşdırılıb: "Onların həbsinə etiraz olaraq piketlər keçirmişik, indi isə azadlığa çıxmaları üçün etiraz aksiyaları planlaşdırılıb. Əgər Güney Azərbaycanda bu istiqamətdə hər hansı bir addım atılarsa, biz onlarla bir yerdə olacağıq".