...

Azərbaycan şirkəti Gürcüstana CNN və Euronews üçün reklam çarxı hazırlamağa köməklik göstərəcək

Cəmiyyət Materials 12 Avqust 2006 12:34 (UTC +04:00)

Azərbaycanın MCCANN-ERICKSON reklam şirkəti Gürcüstana reklam çarxı hazırlayaraq ölkəni CNN və Euronews-da təmsil etməyə köməklik göstərəcək.

Gürcüstanın "Sarke" reklam şirkətindən Trend in xüsusi müxbirinə bildiriblər ki, klipın ssenarisi ilə əlaqədar məsləhətləşmə aparmaq üçün dünyanın aparıcı reklam şirkətləri dəvət olunub. Məsləhətçilər avqustun 12-dən 20-dək Gürcüstanın müxtəlif yerlərinə baş çəkəcək və öz təəssüratları əsasənda klip üçün ssenari yazacaq.

Klipın məqsədi - Gürcüstanı dünya ictimaiyyətinə təqdim etmək, turizmin inkişafına köməklik göstərmək və investisiya cəlb etmək.

Ekspertlər qrupunda Azərbaycan şirkətini yaradıcı direktor Rene Fişer, Ukraynanın Sahar şirkətini - direktor Aleksey Say, Rusiyanın BBDO şirkətini - prezident İqor Luts və icraçı direktoru Andrey İlyasov, Britaniyanın SAMCREATIIE şirkətini- direktor Pol Vigelsvord və Pol Lok təmsil edir.

Xəbər lenti

Xəbər lenti