...

Ukraynaya məğlub olmaq bizim üçün soyuq duş kimi olmusdur

Cəmiyyət Materials 16 Avqust 2006 11:18 (UTC +04:00)

"Bu məğlubiyyət Avro-2008 -in seçim turnirindən əvvəl bizim üçün soyuq duş kimi olmusdur". Bu barədə Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev 0:6 hesabı ilə başa çatmış Ukraynaya qarşı dostluq oyunundan sonra mətbuat konfransında bildirib.

Trend in Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, uğursuz oyunun əsas səbəblərindən biri futbolçuların qeyri-qənaətbəxş funksional hazırlığı olub. "Təəssüf ki, məhz qarşılaşmanın başlanğıcında qapımızı toxunulmaz saxlaya bilmədik, hesaba baxdıqda, hər şey aydın olur və mənə qalan yaxşı oyun göstərdiyinə görə Ukrayna yığmasını bir daha təbrik etmək və Avro-2008 təsnifatında onlara uğurlu çıxış arzulamaqdır", - deyə Ş.Diniyev qeyd edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan üzərində qələbə Almaniyadakı dünya çempionatının finalçıları üçün ən böyük qələbə oldu.

Xəbər lenti

Xəbər lenti