...

Rüfət Ağayev 4-cü dəfə Avropa çempionu olub

Cəmiyyət Materials 23 Avqust 2006 13:01 (UTC +04:00)

Pauerliftinq üzrə ikiqat dünya və 4 qat Avropa çempionu Rüfət Ağayev noyabrda Amerikanın Nyu-York şəhərində təşkil olunacaq peşəkarlar arasında dünya çempionatına rəsmi dəvət alıb. Bu barədə məlumatı Trend ə Avropa çempionatından qayıdan Rüfət Ağayev bildirib.

4-cü dəfə Avropa çempionu adını qazanmış Ağayevin sözlərinə görə, o, Azərbaycandan ilk idmançıdır ki, belə mötəbər yarışa dəvət alıb. Qeyd edək ki, Rüfət Ağayev avqustun 15-dən 20-nə kimi Rusiyanın Tolyatti şəhərində keçirilən kişilər arasında pauerliftinq üzrə Avropa çempionatında iştirak edib və qızıl medala sahib olub.

Xəbər lenti

Xəbər lenti