...

Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib

Cəmiyyət Materials 23 Avqust 2006 19:19 (UTC +04:00)

Macarıstanda erməni zabitini qətlə yetirməkdə təqsirli bilinən və Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə ömürlük həbs cəzasına məhkum olunan Azərbaycan zabiti Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə Koordinasiya Şurasından məlumat verilib.

İclasda Koordinasiya Şurasının sədri, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, millət vəkili Azay Quliyev, millət vəkillərindən Qənirə Paşayeva, Zahid Oruc, Məlahət Həsənova, Koordinasiya Şurasının mətbuatla və ictimaiyyətlə əlaqə üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Ramil Səfərovun atası Sahib Səfərov iştirak ediblər.

Toplantıda Ramil Səfərovun işi ilə bağlı Apellyasiya Məhkəməsi ərəfəsində vəziyyət müzakirə olunub. Məhkəməyə hazırlıqla bağlı görüləsi işlərlə əlaqədar müvafiq qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti