...

Ukraynada DAK-ın nümayəndəliyi açılacaq

Cəmiyyət Materials 25 Avqust 2006 13:37 (UTC +04:00)

Ukraynada Dünya Azərbaycanlıları Konqresinin nümayəndəliyi açılacaq. DAK-ın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu barədə söhbət təşkilatın sədri Cavad Dərəxtinin Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşü zamanı aparılıb.

Görüşdə tərəflər Ukraynadakı Azərbaycan diasporu nümayəndələrinin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət məsələlərini, bu məsələdə DAK-ın təcrübəsindən istifadə yollarını, Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatına daha da inteqrasiyası perspektivlərini müzakirə edib.

Səfər çərçivəsində C.Dərəxti Ukraynanın baş naziri Viktor Yanukoviç, parlament üzvləri, Kiyev və Xarkov administrasiyası ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti