...

Bakıda ilk dəfə skeytbort və qraffiti-şou keçiriləcək

Cəmiyyət Materials 29 Avqust 2006 15:20 (UTC +04:00)

Bakıda ilk dəfə olaraq skeybort və qraffiti-şou keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Britaniya Şurasının (British Council) Bakı ofisinin direktoru Endi Vilyams (Andy Williams) məlumat verib.

O bildirib ki, sentyabrda bir sıra layihələr üzərində işlərə başlanılacaq. Ayın ən böyük layihəsi "Touch the sky" olacaq. Bununla əlaqədar Azərbaycan və Böyük Britaniya gəncləri bir yerə yığışacaq. Avropanın skeybortların istehsalı ilə məşğul olan ən iri şirkətlərindən birinin nümayəndələri Bakıya gələcək. Bundan başqa, qraffit ustaları olan gənclər də ölkəmizə gələcək və bu istiqamətdə Azərbaycan gəncləri ilə məşğul olacaq. Həmçinin, musiqi qrupunun da gəlişi gözlənilir. Bütün bunlar bir gün ərzində baş verəcək və Bakı bulvarında şou təşkil olunacaq. Bu, Azərbaycanda ilk skeybort qraffiti-şou olacaq.

Bir neçə gündən sonra "Dəyişiklik Teatrının" məşqləri başlayacaq. Bu, interaktiv teatrdır. Burada auditoriyanın tamaşada iştirak etməsi üçün şərait yaradılır. Ssenari müəllifləri, rejissorlar Azərbaycandan olacaq. Bütün bunlara britaniyalı mütəxəssis rəhbərlik edəcək. Tamaşa ilin sonuna hazır olacaq. İlk belə tamaşa Azərbaycanda parlament seçkiləri zamanı hazırlanıb. Bu dəfə tamaşa gender mövzusuna həsr olunacaq. Teatrda işlərə 18-25 yaşlarında gənclər cəlb olunacaq.

Yanvarda Bakıya "Station opera house" qrupu gələcək. Bu qrupun səciyyəvi cəhəti ondan ibarətdir ki, onlar istənilən teatrda əla mühit yarada bilər. Ancaq onların Azərbaycanda hansı teatrla işləyəcəyi müəyyən olunmayıb. Mövzu isə genderlə bağlı olacaq. Tamaşalarda böyük ekranlı kameralardan istifadə olunacaq. Yerli teatrlar üçün treninqlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti