...

Jurnalist təşkilatları mətbuat işçilərinə qarşı təzyiq halları ilə bağlı birgə toplantı keçirib

Cəmiyyət Materials 29 Avqust 2006 16:52 (UTC +04:00)

Avqustun 29-da Beynəlxalq Mətbuat Mərkəzində Elmar Hüseynov Fondu, Həbs olunan Jurnalistlərin Müdafiə Komitəsi və Redaktorlar Birliyinin birgə toplantısı keçirilib. Trend in məlumatına görə, toplantıda qəzet redaktorları, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edib ki, son zamanlar jurnalistlərin həbs edilməsi, yazılarına görə və digər səbəblər üzündən məhkəmələrə verilməsi ciddi narahatlıq doğurur. O, "Bizim yol" qəzetinin baş redaktoru Şahin Ağabəyliyə 1 il həbs cəzası verilməsini, hazırda jurnalist Sakit Zahidovun məhkəməsinin keçirilməsini, mərhum jurnalist Elmar Hüseynovun qətlinin istintaqında qaranlıq məqamlar olmasını, "24 saat" qəzetinin baş redaktoru Fikrət Fəraməzoğluna 1 il şərti cəza verilməsini xatırladıb.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu və başqaları çıxış edərək jurnalistlərin həbsinin səbəbləri, hazırda davam edən bir neçə məhkəmə prosesi, jurnalistlərin müdafiəsi istiqamətində görülməli olan işlər barədə danışıblar. Toplantı iştirakçıları həm də DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov və baqdasının hazırda davam edən məhkəməsi, bu bandanın Elmar Hüseynovun qətli ilə bağlılığı barədə də fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti