...

Sumı şəhərinin 151 illik yubiley tədbirlərində Ukrayna Azərbaycanlıları Konqresi də iştirak edib

Cəmiyyət Materials 4 Sentyabr 2006 13:56 (UTC +04:00)

Ukrayna Respublikasının Sumı şəhərində keçirilən "Den qoroda" (Şəhər Günü) adlı bayram tədbirlərində Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri və Azərbaycan ansamblı da iştirak edib. Bu barədə Trend ə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

O bildirib ki, Sumı şəhərinin 151 illik yubileyi münasibəti ilə bayram tədbirləri keçirilib. Şəhər qubernatorunun və merinin dəvəti ilə UAK nümayəndələri də tədbirlərdə iştirak edib. UAK-ın nəzdində fəaliyyət göstərən Azərbaycan ansamblı həmin mədəni tədbirlərdə çıxış edib: "Ukraynanın əməkdar artisti, ansamblın bədii rəhbəri Qurban Abbasovun da iştirakı ilə bizim ansambl 25 dəqiqə ərzində çıxış edib, Azərbaycan müsiqilərini səsləndirib. Həmçinin nümayəndələrimiz yerli mətbuata UAK haqqında məlumatlar verib"-deyə Konqres sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti