...

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlər sentyabrın 10-na qədər qeydiyyatdan keçməlidirlər

Cəmiyyət Materials 4 Sentyabr 2006 19:23 (UTC +04:00)

Əlavə yerləşdirmənin nəticələrinə görə Azərbaycanın ali təhsil müəssisələrinin hər-hansı şöbəsinə qəbul olunmuş abituriyentlər sentyabrın 10-na qədər qeydiyyatdan keçməlidirlər. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

Abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə verməli və TQDK-nın təhsil müəssisələrinə təqdim etdiyi "Daxil olanların siyahısı"na imza atmalıdırlar. Əgər abituriyent təyin olunmuş vaxt ərzində müvafiq ixtisas üzrə qeydiyyatdan keçməsə, bu, müvafiq yerə yerləşməkdən imtina kimi qiymətləndiriləcək və onun daxil olması haqqında əmr müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti

Xəbər lenti