...

Sentyabrın 8-14-də Azərbaycanda Ümumdünya ilk yardım gününə həsr olunmuş tədbirlər həyata keçiriləcək

Cəmiyyət Materials 8 Sentyabr 2006 13:54 (UTC +04:00)

Azərbaycanın Qızıl Aypara cəmiyyəti sentyabrın 8-dən 14-dək "Diskriminasiyaya yol vermədən həyat təhlükəsizliyinin qorunması" şüarı altında tədbirlər həyata keçirəcək. Trend xəbər verir ki, tədbirlər Ümumdünya İlk Yardım Gününə həsr olunacaq.

Sentyabrın 8-də cəmiyyət Ağ ciyər xəstəlikləri institutunda yol hərəkəti qaydaları və ilk yardımın göstərilməsi bacarığına həsr olunmuş mühazirələr təşkil edəcək. Sentyabrın 13-də 1 saylı internat məktəbinin şagirdləri və sentyabrın 14-də Azərbaycan Talassemiya Assosiasiyasında müalicə alan uşaqlar ilk yardım bacarığı haqda məlumat alacaqlar.

Sentyabrın 9-da Bakı Soveti, 20 Yanvar və Əzizbəyov metrostansiyaları ətrafında sürücülər və sərnişinlər arasında sorğu aparılacaq. Sorğu zamanı respondentlərə ilk yardımın göstərilməsi haqqında müxtəlif buklet və broşurlar paylanılacaq.

Xatırladaq ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti 2003-cü ildən etibarən hər il Ümumdünya İlk Yardım Gününə həsr olunmuş tədbirlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti