...

"Ömürlük azadlıqdan məhrumetmə cəzasının icrası problemləri" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 8 Sentyabr 2006 15:56 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü olan "Azadlıqan mərhumetmə yerlərinin muşahidəsi" İctimai Birliyi sentyabırn 8-də "Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə cəzasının icrası problemləri" mövzusunda dəyirmi masa keçirib. Trend in məlumatına görə, tədbirdə hüquq müdafiəçiləri, psixoloq və hüquqşünaslar, KİV nümayəndələri iştirak ediblər.

Toplantıda bildirilib ki, Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız xüsusilə ağır cinayətlərə görə tətbiq edilir və Qobustan həbsxanasında icra olunur. Tədbirdə çıxış edən "Azadliqan mərhumetmə yerlərinin muşahidəsi" İctimai Birliyinin rəhbəri, professor Kamil Səlimov bildirib ki, bu qurumun apardığı muşahidələrə ğörə, həbsxanada saxlanılanların 80 faizi qəsdən adam öldürməyə görə məhkum edilənlərdir. Statistik məlumata ğörə, 2006-cı ildə Qobustan həbsxanasında 2 məhkum intihar edərək həyatına son qoyub. Bu hadisənin səbəblərinə aydinliq gətirmək məqsədi ilə İctimai Birlik monitorinq aparııb və nəticədə məlum olub ki, Qobustan həbsxanasında cəzaçəkmə rejimi Cəzaların İcrası Məcəlləsinə və Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarına müvafiq olaraq, digər cəza icra müəsissələri ilə müqayisədə daha sərtdir.

Ömürlük azadlıqdan məhrum olunmuş dəxslər həbsxanada bir kamerada 2 nəfərdən çox olmayaraq saxlanılırlar. Onlar gün ərzində 1 saat müddətinə gəzintiyə çıxmaq hüququna malikdirlər. Sutkanın qalan hissəsini kameralarda keçirməli olan məhkumlar ömürlərinin qalan hissəsi ərzində bir-biriləri istisna olmaqla, insanlarla əlaqə yaratmaqdan məhrumdurlar: "Məhkumların bir-biri ilə, rəhbərliyin nümayəndələri ilə münasibətlərinin gərginliyini, əhəmiyyətsiz səbəblərdən meydana çıxan və bir çox hallarda zorakı hərəkətlərə gətirib çıxaran konfliktlərin baş verməsini məhz bununla izah etmək olar"-deyə K.Səlimov bildirib.

Professorun sözlərinə görə, həbsxana işçiləri xidməti vəzifələrinin çoxluğundan məhkumlarla ünsiyyətə diqqət yetirmirlər. Məhkumların başlıca şikayəti bir qayda olaraq, məhkəmənin verdiyi hökmdəndir ki, onlar bunu ədalətsiz və son dərəcə sərt hesab edirlər. Maliyyə vəsaitinin yoxluğu səbəbindən həbsxana rəhbərliyi məhkumların müayinəsi üçün psixiatr cəlb edə bilmir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, intihar edənlərin 15 %-i ruhi xəstələrdir. Digər çatışmazlıqlar həbsxananın işçi heyətinin aşağı əmək haqları, ştatlı psixoloqların və ixtisaslaşmış hüquqi yardım göstərən şəxslərin olmaması, məhkumların əməyə cəlb edilməməsidir.

İctimai Birlik hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Ədliyyə Nazirliyi ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın icrası, eləcə də çəkilmə rejimi ilə bağlı problemlərin həllinə yönələn normativ hüquqi aktlar qəbul etməlidir.

Tədbirdə tanınmış hüquq müdafiəçiləri Çingiz Qənizadə, Elçin Behbudov və respublikanını baş psixiatrı, professor Ağabəy Sultanov mövzu ilə əlaqədar fikir və mülahizələrini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti