...

Azərbaycanın paralimpiya atletləri 2008-ci il Oyunlarına 5 lisenziya qazanıb

Cəmiyyət Materials 12 Sentyabr 2006 13:32 (UTC +04:00)

Azərbaycanın atletika yığması Essenada (Hollandiya) başa çatmış dünya çempionatının yekunları üzrə Paralimpiadaya lisenziyaların sayını 5-ə çatdırıb.

Trend in xəbər verdiyi kimi, Vladimir Zayets uzunluğa tullanma proqramında 4-cü yeri tutub və Pekinə vəsiqə qazanıb. Eyni zamanda o, üçqat tullanmada ən yaxşıların dördlüyünə düşüb. Yuri Qonyak da vəsiqə qazanmış digər sprinter Zinəddin Bilalov kimi 400 metr məsafəyə qaçışda bürünc mükafata sahib olub. Avropa çempionu Oleq Panyutin də uğurla çıxış edib və gümüş medala layiq görülüb.

Beləliklə, paralimpiya yığmasının hesabında artıq Oyunlara 5 vəsiqə var. Qeyd edək ki, bundan əvvəl güllə atıcısı Yelena Taranova da Pekinə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti