...

Hacı Məmmədovun dəstə üzvü Aslanbek Çintamirov vəkillərin suallarını cavablandırıb

Cəmiyyət Materials 13 Sentyabr 2006 14:39 (UTC +04:00)

Sentyabrın 13-də Hacı Məmmədovun dəstə üzvü Aslanbek Çintamirov vəkillərin suallarını cavablandırıb. Trend in xəbərinə görə, H. Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Aslanbek Çintamirov bir daha AFFA-nın vitse prezidenti Fətulla Hüseynovun qətli, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın, süd zavodunun direktoru Zeynalabdin Babayevin, prokuror İsmayıl Kazımovun oğlu Murad Kazımovun, "Portafino" restoranı və digər ticarət obyektlərin sahibi Sabir Babayevin oğlu Oqtay Babayevin, "pavka" ləqəbli biznesmen Hafiz Məmmədovun oğurlanması epizodlarına aydınlıq gətirib.

Vəkillərin suallarına cavab olaraq o bildirib ki, Zeynalabdin Babayevin azad olunmasına görə alınan puldan ona 26 min, Oqtay Babayeva görə alınan puldan 32 min, M.Kazımova görə 20 min, Məcid Məmmədova görə alınan puldan isə 50 min dollar çatıb.

A.Çintamirov : "Həmin pullar mənə nəğd verilmirdi. Mənə pul lazım olan vaxtlarda H.Məmmədov mənə hissə-hissə ödəyirdi". A.Çintamirov vəkillərin suallarına cavab olaraq onu da qeyd edib ki, H.Məmmədov ona Z.Hacıyevanın azad olunması üçün ödəniləcək puldan 200 min ABŞ dolları vəd edibmiş, lakin bu əməliyyət baş tutmayıb.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti