...

Əflatun Amaşov Avropa Mətbuat Şuralarının alyansında iştirak edir

Cəmiyyət Materials 15 Sentyabr 2006 12:53 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Mətbuat Şuralarının alyansında iştirak edir. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

Qeyd edək ki, Sofiyada Danimarka Xarici İşlər Nazirliyi və Böyük Britaniya Açıq Cəmiyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən Avropa Mətbuat Şuralarının Alyansı sentyabrın 13-dən başlanıb və 17-dək davam edəcək. MŞ sədri Əflatun Amaşov Azərbaycanda medianın hazırkı durumu ilə bağlı məruzə edib.

Qeyd edək ki, Avropa Mətbuat Şuralarının toplantıları hər il keçirilir. Tədbirlərdə qitə mediasının vəziyyəti, problemləri müzakirə olunur, perspektivdə duran məsələlər ətrafında fikir mübadilələri aparılır.

Xəbər lenti

Xəbər lenti