...

LİNKS təşkilatı "Park İnn" otelində parlament jurnalistləri üçün seminar keçirib

Cəmiyyət Materials 20 Sentyabr 2006 12:13 (UTC +04:00)

Böyük Britaniyanın LİNKS təşkilatı Milli Məclislə birgə həyata keçirdiyi tərəfdaşlıq lahiyəsi çərçivəsində sentyabrın 20-də "Park İnn" otelində parlament jurnalistləri üçün seminar keçirib. Trend xəbər verir ki, seminarı LİNKS təşkilatının icraçı direktoru Denis Sammut açıb.

O, parlament jurnalistləri haqqında mövzu ilə çıxış edib və bildirib ki, Milli Məclislə birgə həyata keçirdikləri məlum lahiyədə jurnalistlər böyük rol oynayır. Daha sonra Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov çıxış edib. A.Nəsirov qeyd edib ki, LİNKS təşkilatının Azərbaycanda keçirdiyi bütün lahiyələr uğurla başa çatıb: "İnanırıq ki, bu layihə də o sıradan olacaq. Məqsəd Azərbaycan parlamenti jurnalistlərinə beynəlxalq təcrübəni öyrətməkdir".

Daha sonra "Parlament jurnalistləri" mövzüsunda LİNKS təşkilatının proqramlar üzrə əlaqələndiricisi Katrin Smit çıxış edib. O qeyd edib ki, bu prosesdə jurnalistlərin iştirakı olmadan müsbət heç nəyə nail olmaq olmaz. K.Smit "Parlament jurnalizmi nədir?", "Parlament jurnalizmi digər jurnalizm növlərindən necə fərqlənir?", "Onun demokratiyada vacibliyi nədən ibarətdir?", "Parlament jurnalizmi Azərbaycanda demokratiyanın inkişafına necə təsir göstərə bilər?", "Bu ideyalar Azərbaycan şəraitində hansı formada reallaşdırıla bilər? kimi suallara aydınlıq gətirib. K.Smit eyni zamanda çıxışında Böyük Britaniya parlament jurnalizmi barədə danışıb.

Seminarda daha sonra 30 ilə yaxın "London Times" və BBS-nin parlament müxbiri olan Nikolas Cons çıxış edib. Seminar 16:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti