...

"Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi üçün beynəlxalq işçi qrupu yaradılacaq

Cəmiyyət Materials 20 Sentyabr 2006 13:18 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycan höküməti, ATƏT-in Bakı ofisinin nümayəndələrindən və Venesiya komissiyasının ekspertlərindən ibarət işçi qrupunun tərkibi formalaşacaq. Trend xəbər verir ki, bu barədə prezidentin İcra Aparatının sektor müdiri Çingiz Əsgərov jurnalistlərə məlumat verib.

O qeyd edib ki, "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1988-ci ildə qəbul olunub və ATƏT ekspertləri ilə razılaşdırılıb. Həmin qanunun hazırlanması zamanı Avstriya, Böyük Britaniyanın qanunverici aktlarından istifadə olunub, lakin hazırda həmin qanun təkmilləşdirilməlidir. Ona görə Azərbaycan höküməti bu ilin aprel ayında Venesiya komissiyasına müraciət edib və yaxın zamanda bu məsələ üzrə tövsiyyələrin olacağını gözləyir.

Ç.Əsgərov əlavə edib ki, ATƏT həmçinin bu prosesdə iştirak etmək niyyətindədir. "Dünənki müzakirələr zamanı aydın olub ki, qanunun özü normaldır, lakin onun icrasında bəzi çatışmazlıqlar var. Qanunun Avropa standartlarına cavab verməyən bəzi müddəaları da var", - deyə o bildirib.

Ç.Əsgərov qeyd edib ki, Azərbaycan höküməti bütün lazımi tədbirləri görəcək. Öz növbəsində Venesiya komissiyası gələn ay öz plenar sessiyasında bu məsələ üzrə müzakirələr aparacaq və bundan sonra öz təkliflərini Azərbaycana təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti