...

27-29 noyabrda Dünya Qadın Hüquqşünaslarının Beynəlxalq Bakı konfransı keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2006 15:38 (UTC +04:00)

Bu il 27-29 noyabrda Dünya Qadın Hüquqşünaslarının Beynəlxalq Bakı konfransı keçiriləcək. Bu barədə Trend ə Avrasiya Hüquqşünaslar Assosiasiyasının prezidenti Nadir Adilov məlumat verib.

Beynəlxalq konfransın təşkilatçıları ATƏT-in Bakı ofisi, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Amerika Hüquqşünaslar Assoasiasiyasıdır. Bakı konfransında qadın hüquqları, qadın hüquqşünasların peşə fəaliyyəti, onların peşə qurumlarının yaranması, qadınlarla bağlı beynəlxalq konvensiyalar, qanunvericilik aktları və digər məsələlər barədə müzakirələr aparılacaq.

N.Adilovun sözlərinə görə, beynəlxalq konfransda təxminən 35 ölkədən qadın hüquqşünaslar iştirak edəcək: "Beynəlxalq konfransda 35-ə yaxın əcnəbi xanım və Azərbaycan nümayəndələri olmaqla cəmi 100-110 nəfərin iştirakı nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti