...

Misir Mərdanov: Artıq 1000-dək pedaqoq Azərbacanın ucqar kənd məktəblərinə göndərilib

Cəmiyyət Materials 21 Sentyabr 2006 16:13 (UTC +04:00)

Artıq 1000-dək pedaqoq Azərbaycanın ucqar kənd məktəblərinə göndərilib. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 21-də jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, nazirlik artıq pedaqoqların ölkənin ucqar kənd məktəblərinə yerləşdirilməsi ilə bağlı problemi uğurla həll edir.

Qeyd edək ki, Azərbaycanın Təhsil Nazirliyi ikinci ildir ki, bu problemin həlli üzrə tədbirlər həyata keçirir.

Nazir onu da bildirib ki, ölkənin təhsil sistemində bir sıra problemləri həll etmək üçün sentyabrın sonunda məktəb direktorlarının iclasları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti