...

Azərbaycanın Gənclər və İdman Nazirliyi "Yaqupov və Co" promouter şirkəti ilə müqavilə imzalayacaq

Cəmiyyət Materials 22 Sentyabr 2006 13:38 (UTC +04:00)

WBA (World Boxing Association) kəməri uğrunda peşəkar boksçu Əli İsmayılov və onun Argentinalı rəqibi arasında döyüşün keçirilməsi haqqında müqavilə təxminən iki həftədən sonra imzalanacaq.

Atletin Trend ə verdiyi xəbərə görə, saziş ölkənin Gənclər və İdman Nazirliyi və "Yaqupov və Co" promouter şirkəti arasında imzalanacaq. "İndi tərəflər təxminən oktyabrın əvvəlində imzalanacaq müqavilənin təfsilatları üzərində işləyəcəklər. Ən başlıcası - Nazirlik qarşılaşmanı tam dəstəkləyəcəyini bildirib və indi yalnız təfsilatları yoluna qoymaq lazımdır", - deyə Ə.İsmayılov qeyd edib.

Xatırladaq ki, titullu döyüşün dekabrın 16-da keçiriləcəyi nəzərdə tutulub, peşəkar boks gecəsinin proqramında isə hələ səkkiz-doqquz reytinq döyüşləri qeyd olunub.

Xəbər lenti

Xəbər lenti