...

Azərbaycanın yunan-roma güləş yığması dünya çempionatının ən yaxşı onluğuna daxildir

Cəmiyyət Materials 26 Sentyabr 2006 16:53 (UTC +04:00)

Azərbaycanın yunan-roma güləş yığması Quançjouda keçirilən dünya çempionatının birinci gününün yekunları üzrə ümumi komanda hesabında ən yaxşı onluğa daxildir.

Trend in xəbər verdiyi kimi, Rövşən Bayramovun (55 kq) qazandığı gümüş medal sayəsində komanda aktivlərinə ikinci yeri yazmış Qırğızıstan və Gürcüstanla yanaşı planetin ən yaxşı komandaları sırasında olub. Bununla belə, Elçin Cəfərovun yetirmələri iki bürünc qazanmış rusiyalıları və aktivində bir bürünc medal olan türkləri qabaqlayır. Onluqda bir qızıl və iki bürünc medalla ABŞ yığması liderlik edir.

Qeyd etmək lazımdır ki, sentyabrın 26-da Quançjouda xalça üzərinə 74 kq-dək çəki dərəcəsində çıxış edən İlqar Abdulov çıxacaq.

Xəbər lenti

Xəbər lenti