...

Cəzaçəkmə müəssisələrində məhkumların işsizlik problemi həll olunacaq

Cəmiyyət Materials 2 Oktyabr 2006 15:37 (UTC +04:00)

2007-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) tərkibində olan cəzaçəkmə müəssisələrindəki məhkumların işsizlik problemi aradan qaldırılacaq. Bu barədə Trend ə MQİBİ-nin qərargah rəisi Musa Hümbətov məlumat verib.

"Bu məqsədlə bir sıra layihələr həyata keçirilir və bu layihələr hazırlanarkən beynəxalq təcrübədən istifadə olunur. Artıq 1 saylı cəzaçəkmə müəssisəsində tikiş maşınlarından ibarət yeni avadanlıqların quraşdırılması planlaşdırılıb. Tikiş sexi həmin cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların işlə təminatını sürətləndirəcək. Bundan əlavə, Qobustan Qapalı Həbsxanasında mətbəxin yenidən qurulması da nəzərdə tutulub. Bu yeniləşmələr və avadanlıqlarla təchizat ardıcıl şəkildə bütün cəzaçəkmə müəssisələrində aparılacaq" - deyə M.Hümbətov bildirib.

Xəbər lenti

Xəbər lenti