...

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən xüsusi dəstək verilir

Cəmiyyət Materials 3 Oktyabr 2006 12:38 (UTC +04:00)

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Analitik İdarəsinin rəisi Azər Cəfərov məlumat verib.

Belə ki, Azərbaycanda aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir. Bu layihə çərçivəsində Dünya Bankı tərəfindən Azərbaycana ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kredit verilməsi, həmçinin, Yaponiya hökuməti tərəfindən 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərilməsi razılaşdırılıb. Azərbaycan dövləti tərəfindən bu məsələyə əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsait ayrılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti