...

Millət vəkilləri Məhkəmə Hüquq Şurasının üzvləri ilə görüşəcəklər

Cəmiyyət Materials 10 Oktyabr 2006 14:56 (UTC +04:00)

Millət vəkilləri Məhkəmə Hüquq Şurasının üzvləri ilə görüşəcəklər. Trend xəbər verir ki, bu barədə Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova jurnalistlərə bildirib.

R.Aslanova onu da vurğulayıb ki, artıq bu məsələ ilə bağlı razılaşma əldə olunub. Millət vəkili bildirib ki, müzakirə olunacaq bəzi sənədlər hazırlanıb. Komissiya sədri KİV nümayəndələrinin də bu görüşlərdə iştirakının təmin olunacağını deyib.

Qeyd edək ki, millət vəkillərinin Məhkəmə Hüquq Şurası üzvləri ilə görüşməkdə məqsəd vətəndaşların məhkəmə sistemlərində baş verən bəzi qanunsuzluqlarla bağlı onlara ünvanladıqları şikayətlərə aydınlıq gətirməkdir.

Xəbər lenti

Xəbər lenti