...

Azərbaycan futbol yığmasının yeni ildə ilk oyunu Özbəkistanla olacaq

Cəmiyyət Materials 16 Oktyabr 2006 15:38 (UTC +04:00)

Azərbaycan futbol yığmasının yeni ildə fevralın 7-də ilk dostluq oyunu Özbəkistanla olacaq.

AFFA-nın Baş katibi Fuad Əsədovun Trend ə verdiyi xəbərə görə, tərəflər Karşi şəhərində keçiriləcək oyunun tarixinə dair razılığa gələ biliblər. İş burasındadır ki, elə həmin gün Özbəkistanın Olimpiya komandası Tacikistana qarşı seçmə turnirinin ilk oyununu keçirəcək və ona görə də oyunun ölkə paytaxtı Daşkənddə keçirilməsi çətin olacaq. Üç il bundan əvvəl asiyalıların Bakıda dostluq oyunu keçirdiklərini və 1:3 hesabı ilə məğlub olduqlarını nəzərə alaraq, Azərbaycan komandasının Özbəkistana qarşılıqlı səfəri olacaq.

Şahin Diniyevin yetirmələri üçün bu görüş 2008-ci il Avropa çempionatının Polşaya qarşı təsnifat qarşılaşması ərəfəsində sonuncu məşq olacaq.

Xəbər lenti

Xəbər lenti