...

Azərbaycanın Müstəqillik günü Nyu-Yorkdada qeyd olunacaq

Cəmiyyət Materials 16 Oktyabr 2006 16:04 (UTC +04:00)

18 oktyabr - Azərbaycanın Müstəqillik Günü Nyu-Yorkda qeyd olunacaq. Dövlət bayrağımız ABŞ-ın bayrağı ilə yanaşı qaldırılacaq. Bu barədə Trendin məlumatına əsəsən, ABŞ-dakı Azərbaycan Cəmiyyətinin press-relizində verilib.

Həmin gün müstəqilliyin 15-ci ildönümü münasibətilə ölkəmizin və Amerika Birləşmiş Ştatlarının bayraqları ilə Nyu-Yorkun Brodvey ərazisindən Manhettenedək yürüş keçiriləcək. Bayram yürüşünə ABŞ-dakı Azərbaycan və Türk cəmiyyətinin təmsilçiləri, dost ölkələrin diasporu, burada yaşayan həmvətənlərimiz, eləcə də Amerika içtimaiyyətinin nümayəndələri qatılacaqlar. Yürüş başa çatdıqdan sonra ABŞ və Azərbaycanın dostluq rəmzi olaraq hər iki ölkənin dövlət bayraqlarının Uol-Stritdə rəsmi qaldırılması mərasimi olacaq. Tədbirdə Nyu-York şəhərəinin meri cənab Maykl Blumberq də çıxış edəcək. Bu təntənələrdə ABŞ-ın bir sıra siyasi, içtimai və mədəniyyət xadimləri də işirak edəcək.

Cəmiyyətin yaydığı məlumata görə, Maykl Blumberq oktyabrın 18-ni "Nyu Yorkda Azərbaycanın Müsətqilliyi Günü" elan edib. Azərbaycanın Müstəqillik Günü Nyu-Yorkda artıq üçüncü ildir ki, bayram edilir. 2004-cü ildən mütəmadi keçirilən bayram tədbirləri Amerika Azərbaycan cəmiyyətinin təşəbbüsü və yaxından iştirakı ilə gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti