...

İspaniyada miqrasiya probleminə həsr olunmuş konfransda Azərbaycan da təmsil olunacaq

Cəmiyyət Materials 17 Oktyabr 2006 17:12 (UTC +04:00)

Noyabrın 18-də İspaniyanın Barselona şəhərində miqrasiya məsələlərinə həsr olunmuş böyük beynəlxalq konfrans keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyi yanında MDB və Baltik Ölkələrində Yaşayan Soydaşlarla iş üzrə İdarənin rəhbəri Tatyana Poloskovanın Trendə verdiyi xəbərə görə, toplantıda Rusiya, Gürsüstan, İspaniya və digər ölkələrin alim və siyasətçilərilə yanaşı, Azərbaycan da təmsil olunacaq.

Bakı Klubunun həmsədri, Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru Rövşən Mustafayev tədbirdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti