...

Moldovanın təhsil və gənclər nazirinin müavini Bakıya səfər edəcək

Cəmiyyət Materials 21 Oktyabr 2006 12:22 (UTC +04:00)

Moldova Respublikasının təhsil və gənclər nazirinin müavini Valentin Krudunun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 26-29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Moldova Respublikasının səfirliyindən məlumat verilib.

Səfərdə məqsəd həmin günlərdə Azərbaycanda keçiriləcək Moldova Gəncləri Günlərində iştirak etməkdir. Səfər proqramı Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanıb. Oktyabrın 26-da Moldova nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarı üzərinə və Memorial kompleks önünə əklillər qoyacaq. Sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüş keçiriləcək. Oktyabrın 27-də nümayəndə heyəti Bakı Slavyan Universitetində olacaq, oktyabrın 28-də isə Dövlət Filarmoniyasında konsert keçiriləcək. Okyabrın 29-da nümayəndə heyəti Sumqayıta səfər edəcək.

Azərbaycana səfər zamanı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq, - deyə səfirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti