...

Azərbaycan və ABŞ təhsil sahəsində əməkdaşlığı genişləndirəcək

Cəmiyyət Materials 21 Oktyabr 2006 14:02 (UTC +04:00)

Azərbaycan və ABŞ təhsil sahəsində əməkdaşlığı genişləndirəcək. Bu əməkdaşlığın perspektivləri Azərbaycanın təhsil naziri Misir Mərdanovun ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi ilə görüşü zamanı müzakirə olunub. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Nazir bəyan edib ki, Azərbaycan gənclərinin 2 mindən çox nümayəndəsi ABŞ-ın nüfuzlu ali məktəblərində təhsil alıb. O, bu faktın Azərbaycanın inkişafındakı əhəmiyyətini yüksək qeyd edib. M.Mərdanov ölkə başçısının imzaladığı gənclərin xaricdə təhsil alması üzrə Dövlət Proqramı barədə səfirə məlumat verib.

Görüşdə ABŞ Dövlət Departamentinin Azərbaycanın təhsil sahəsində həyata keçirdiyi proqramlarla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti