...

Azərbaycan bodibildinq yığmasının dünya çempionatında iştirak edəcək heyəti müəyyən olunub

Cəmiyyət Materials 25 Oktyabr 2006 10:36 (UTC +04:00)

Azərbaycan bodibildinq yığmasının dünya çempionatında iştirak edəcək heyəti müəyyən olunub. Çempionat yaxın istirahət günlərində Praqada keçiriləcək.

Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, Çexiyaya ölkə Kubokunun qalibi Vüqar Verdiyev (90 kq) və bu yarışın gümüş mükafatçısı Rövşən Quliyev (90 kq) yola düşəcək. Mundial gələn il Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq üçün nəzərdə tutulduğundan, atletlər qarşısına konkret heç bir məqsəd qoyulmur.

Qeyd etmək lazımdır ki, V.Verdiyev dəfələrlə dünya birinciliklərində iştirak edib və bir neçə dəfə nüfuzlu yarışın yarımfinalçıları sırasına daxil olub.

Xəbər lenti

Xəbər lenti