...

"Neftçi" futbol klubu "Karvan"la oyuna itkisiz başlayacaq

Cəmiyyət Materials 28 Oktyabr 2006 11:40 (UTC +04:00)

"Neftçi" futbol klubu ölkə çempionatının doqquzuncu turu çərçivəsində "Karvan"la oyuna itkisiz başlayacaq. Görüş oktyabrın 28-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, bakılıların heyətində demək olar ki, zədəli oyunçu yoxdur və futbolçular tam gücü ilə məşq edir. "Belə vəziyyət məşqçi qərargahını sevindirməyə bilməz. Belə ki, məşqçi hazırlıq dərəcəsindən asılı olaraq istənilən oyunçunun xidmətindən istifadə edə bilər. "Karvan"la görüş asan olmasa da, uşaqlar yalnız qələbə barədə düşünür", - deyə S.Səfiyarlı vurğulayıb.

Qeyd etmək lazımdır ki, "Neftçi" milli birinciliyin turnir cədvəlində 7-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti