...

Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə dekabrın 14-ü yola düşəcək

Cəmiyyət Materials 30 Oktyabr 2006 18:11 (UTC +04:00)

Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə dekabrın 14-də yola düşəcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri hacı Azad məlumat verib.

Dekabrın 14-də Həccə təyyarə və avtobuslarda dərhal iki qrup yola düşəcək. Ziyarətə getmək üçün hava yolunu seçmiş vətəndaşlar Səudiyyə Ərəbistanına 4 reyslə çatdırılacaq. Təyyarələr Bakı-Ciddə marşrutu ilə gedəcək, oradan isə gələcək zəvvarlar avtobusla Məkkəyə yola düşəcəklər.

Ziyarətə getmək üçün torpaq yolu seçmiş zəvvarlar "Mersedes" markalı avtobuslarla İran-Türkiyə-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə gedəcəklər. QMİ nümayəndəsi bildirib ki, yolüstü zəvvarların müsəlman dünyasının müqəddəs yerlərini ziyarət etmək imkanı olacaq.

Bu il Azərbaycan üçün 4500 yer ayrılıb, təxminən 700 yer ziyarətlərin təşkil olunması üçün lisenziyası olan özəl turizm şirkətlərinə verilib.

Xəbər lenti

Xəbər lenti