Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Fransada keçirilən sürətli şahmat üzrə beynəlxalq turnirin yarımfinal oyununda ukraynalı şahmatçı A.Volokitın üzərində iki parlaq qələbədən sonra bu yarışın finalçısı olub.
Trend in xəbər verdiyi kimi, sabah şahmatçı digər ukraynalı, planetin ən istedadlı gənc şahmatçılarından biri olan S.Karyakinlə görüşəcək.
Qeyd edək ki, hər iki şahmatçı yarışın finalına çıxaraq, özlərini artıq 8000 avro ilə təmin edib. Sabahkı oyunun qalibi isə 16000 avroya sahib olacaq.