...

Noyabrın 4-də Moskvada radikal millətçilərin qeyri-rus xalqları əleyhinə mitinqi keçiriləcək

Cəmiyyət Materials 2 Noyabr 2006 12:44 (UTC +04:00)

Noyabrın 4-də Rusiyanın paytaxtı Moskva şəhərində rus millətçilərinin mitinqi keçiriləcək. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqesinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, mitinqin təşkilatçıları Rusiyanın Kommunist, Rodina partiyaları və digər qurumlardır. Aksiya Rusiyanın qeyri-rus millətlərdən təmizlənməsi, Moskvanın yalnız ruslara aid olması tələblərini səsləndirmək, şovinist millətçiliyi təbliğ etmək məqsədi daşıyır. İlqar Hacıyev bildirib ki, qatı rus millətçilərinin bu iddiaları əslində yanlış və gərəksiz təbliğatdır: "Çünki Rusiya çoxmillətli dövlətdir, burda çoxlu sayda xalqların nümayəndələri yaşayır. Amma bəzi qüvvələr Rusiyanın yalnız ruslara məxsus olmasını tələb edir, Moskvanın gələcəyini yalnız rus xaqı ilə bağlayırlar. Amma bu, mümkün deyil. Rusiyanın çoxmillətli ölkə olmasını hökumət də nəzərə alır və şəhər meriyası qatı millətçi kimi tanınan, daim belə şüarlarla çıxış edən şəxslərin bu mitinqə buraxılmamasına göstəriş verib. Mitinqə icazə verilsə də, polis, prokurorluq orqanlarına tapşırıb ki, belə şüarların təbliğ olunmasının, radikal millətçilərin mitinqdə iştirakının, çıxışlarının qarşısı alınsın".

Xəbər lenti

Xəbər lenti