...

Zavər Qafarlı: Azərbaycanla Çin arasında ekstradisiya haqqında müqavilə təsdiqlənsə də, ekstradisiya olunacaq şəxs yoxdur

Cəmiyyət Materials 4 Noyabr 2006 14:29 (UTC +04:00)

Azərbaycanla Çin arasında ekstradisiya haqqında müqavilə təsdiqlənsə də hələlik hər iki ölkədən ekstradisiya olunacaq şəxs yoxdur. Bu barədə Trend ə Azərbaycanın Ədliyyə Nazirliyinin beynəlxlaq hüquq əməkdaşlığı idarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

"Bəzən vətəndaşlar məhkumların dəyişdirilməsi məsələsi ilə ekstradisiya məsələsini səhv salırlar. Bəzi ölkələr var ki, bizim həmin ölkələrlə məhkumların dəyişdirilməsi ilə bağlı müqavilə olsa da ekstradisiya haqqında müqavilə yoxdur. Yaxud da əksinə. Bu günlərdə həm Azəbaycan, həm də Çin parlamentləri bu iki dövlət arasında yalnız ekstradisiya müqaviləsini - yəni saxlanılan cinayətkarın ekstradiyisa olunması məsələsini təsdiqlədi" - deyə Z.Qafarlı bildirib.

İdarə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda cinayət törətmiş Çin vətəndaşı, Çində isə cinayət törətmiş Azərbaycan vətəndaşı mövcud deyil. "Yəqin ki, belə bir hal olarsa iki ölkə arasında bağlanmış ekstradisiya haqqında müqavilədən irəli gələn tədbirlər görüləcək" - deyə Z.Qafarlı söyləyib.

Qeyd edək ki, oktyabrın 31-də keçirilmiş Çin Xalq Nümayəndələrinin Ümumçin yığıncağının Daimi Komitəsinin 24-cü ssesiyasında Çin və Azərbaycan arasında ekstradisiya haqqında müqavilə 10-cu çağırışda təsdiq olunub. Bir qədər əvvəlsə eyni sənəd Azərbaycanın Milli məclisində müzakirə olunaraq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti