...

Azərbaycanlı voleybolçular dünya çempionatının II qrup mərhələsində Braziliya ilə oynayacaq

Cəmiyyət Materials 6 Noyabr 2006 18:40 (UTC +04:00)

Azərbaycanın qadın voleybol yığması Osakada dünya çempionatının II qrup mərhələsinin oyunlarını keçirəcək.

Trend in xəbər verdiyi kimi, "F" yarımqrupunda Faiq Qarayevin yetirmələrinin rəqibləri Braziliya, ABŞ, Puerto-Riko, Niderland, Almaniya, Çin və Rusiya olacaq. Bununla belə, birinciliyin sonuncu üç kollektivin qələbəsi ilə başa çatmış ilk mərhələsindəki oyunları nəzərə alaraq, voleybolçularımız bu komandalarla oynamayacaq. Qrupun favoriti məğlubiyyətsiz oyunlar keçirərək, turnir cədvəlində amerikalıları və puertorikalıları qabaqlamış Braziliya hesab olunur.

Qeyd etmək lazımdır ki, dünya çenmpionatının II mərhələsinin ilk görüşləri noyabrın 8-də keçiriləcək. Qrupdan iki ən yaxşı yığma pley-off mərhələsinə buraxılacaq və onlar yarımfinalda mübarizəni davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti