...

Moskvada Mixail Talın memorialı start götürüb

Cəmiyyət Materials 7 Noyabr 2006 10:46 (UTC +04:00)

Moskvada azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi XX kateqoriyalı şahmat üzrə böyuk beynəlxalq turnir start götürüb. Trend in verdiyi məlumata görə, birinci turda o, qara fiqurlarla planetin ən orijinal şahmatçılarından biri ispan A.Şirova qarşı oynayıb. Bu yaxınlarda Hollandiyadakı turnirdə Şəhriyara Y.Polqar ilə oyunda qələbə gətirən ispan partiyasının kəskin variantında Şirov heç-heçəni sürətləndirmək üçün gedişləri təkrarlamağa məcbur olub.

Birinci turun digər partiyalarında R.Ponomaryov A.Qrişuk, B.Qelfand gənc norveçli dahi M.Karlsen və L.Aronyan A.Morozeviç üzərində qələbə çalıb. P.Svidler P.Leko ilə heç-heçə oynayıb.

Xəbər lenti

Xəbər lenti