...

Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin nümayəndəsi Bolqarıstanda görüşlər keçirib

Cəmiyyət Materials 9 Noyabr 2006 11:21 (UTC +04:00)

Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin nümayəndəsi Vaqif Fətullayev Bolqarıstanın türk icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib. Trend xəbər verir ki, V.Fətullayev, o cümlədən, etnik türklərin kompakt şəkildə yaşadıqları Qarcaali şəhərində olub.

"Müxtəlif ölkələrin azərbaycanlı diaspor nümayəndələri ilə görüşərkən biz mütləq türklərlə də görüşürük, çünki Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəsiyyət etdiyi kimi "Biz bir millət - iki dövlətik"", - deyə Vaqif Fətullayev qeyd edib və xatırladıb ki, iki diasporun yaxınlaşmasının yekunu bu il iyulun 7-də Antalyada keçirilən birgə görüş və əməkdaşlıq haqqında protokolun imzalanması olub.

Bununla yanaşı, dövlət komitəsinin nümayəndəsi qeyd edib ki, Azərbaycan tərəfi Türkiyə və Azərbaycanın lobbi liderlərinin növbəti görüşünün 2007-ci ildə Bakıda keçirilməsi ideyası ilə çıxış edib. "Bu istiqamətdə artıq hazırlıq işləri görülür və mənim indiki səfərim məhz Bakıda keçiriləcək gələcək görüşlə bağlıdır", - deyə V.Fətullayev bildirib.

Xəbər lenti

Xəbər lenti