...

Nazim İbrahimov: "ABŞ-ın Mayami şəhərində Florida Azərbaycanlıları Cəmiyyəti təsis olunub"

Cəmiyyət Materials 15 Noyabr 2006 12:27 (UTC +04:00)

ABŞ-ın Florida ştatında yaşayan soydaşlarımızın təşəbbüsü ilə Florida Azərbaycanlıları Cəmiyyəti təsis olunub. Bu barədə Trend ə hazırda ABŞ-da səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, noyabrın 14-də axşam saatlarında Mayami şəhərində həmin Cəmiyyətin təsis konfransı keçirilib. Cəmiyyət ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlıları öz ətrafında birləşdirəcək. Təsis konfransında Nazim İbrahimov da çıxış edib, belə təşkilatların yaradılmasının Amerikadakı Azərbaycan diasporunun inkişafı, təşkilatlanması, güclənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti